BİZ KİMİK

Avadanlıqlarımız

 

“HESS” maşınqayırma firması cənab Valter Hess tərəfindən 1948-ci ildə Almanyada təsis olunmuşdur.

 

HESS firması 60 ildən çox müddət ərzində üzlük daşlar, tavan daşları, fiqurlu daşlar, yol və tratuar bordyurları, navalçalar, kabel tabaqları istehsalı üzrə avadanlıqlar sahəsində ixtisaslaşmışdır.

 

Ən yeni texnologiyaların tətbiqi ilə daim təkmilləşdirilən avadanlıqlarının keyfiyyəti, etibarlılığı sayəsində HESS firması beton avadanıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətinə çevrilmişdir. HESS dünyanın müxtəlif ölkələrində 6000-dan çox avadanlıq və istehsalat xətləri quraşdırmışdır.

 

Vibropres texnologiyasının üstünlükləri:

 

-          az sement sərfiyyatı (220-340 kg/m3);

-          hazır məhsulun təbii şəraitdə qurudulması - buxar və s. isitmə üsulu ilə qurutmaya ehtiyac duyulmaması;

-          məhsul istehsalında bir çeşiddən başqa məhsul çeşidinə keçidin tez və asan başa gəlməsi;

-          bütün istehsalat prosesinin vahid mərkəzdən idarə olunması və tam avtomatlaşdırılması;

-          istehsalat proseslərinə HESS şirkətinin internet müşahidəsi və nəzarəti;

-          yüksək avtomatlaşdırma sisteminə görə minimal idarəetmə personalı.

 

 

Məhsul haqqında

Daş plitələrin asfalt örtüyü ilə müqayisədə üstünlükləri:

 

-          Əsl təbii daş kimi möhkəm olması;

-          Maksimum təzyiqə dözümlü olması (600 kq/kv.sm);

-          Uzunömürlülük və daş səthinin az aşınması (04 qr/sm);

-          İqlim şərtlərinə davamlılıq (qızmar istidə və sərt soyuqda daş plitələr yumşalmır və kanseroqen maddələr ifraz etmir);

-          Kimyəvi dayanıqlıq (benzin, maşın yağı və s. kimyəvi maddələr plitələrə qətiyyən təsir etmir);

-          Estetik gözəllik - müxtəlif rəng, forma və dizayn kombinasiyaları;

-          Uzaq məsafələrə xüsusi daşınma şərtlərinin tələb olunmaması;

-          Daş plitələrin təmir məqsədləri üçün zədələnmədən asan sökülməsi və təmir bitdikdən sonra təkrar döşənmə imkanları (belə bir imkan asfalt örtüyü üçün mümkün deyil).