-
Məhsul çeşidlərimiz
- Vibropres döşəmə daşlar
- Vibropres bordyurlar
- Beton su drenajı
- Beton istinad bloku
Məhsul çeşidlərimiz
Beton məmulatları istehsalı zavodu kimi VIBROSTONE MMC Almaniyanın “HESS Mashinenfabrik GmbH & Go” maşınqayırma şirkətinin müştərək ideyası və layihəsi əsasında 2015-ci ilin may ayında təhvil verilərək, istehsala başlamışdır.
“HESS Group” şirkəti 60 ildən çox müddət ərzində üzlük daşlar, tavan daşları, fiqurlu daşlar, yol və tratuar bordyurları, kabel tabaqları istehsalı üzrə avadanlıqlar sahəsində ixtisaslaşmışdır. Ən yeni texnologoyaların tətbiqi ilə daim təkmilləşdirilən avadanlıqlarının keyfiyyəti, etibarlılığı sayəsində HESS firması beton avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətinə çevrilmişdir.
1.Rənglərin Hazırlanması: Bir neçə fərqli rəngdə (məsələn: qəhvəyi, sarı və qara) beton qarışığı hazırlanır.
2.Xüsusi Paylayıcı Sistem: Bu rəngli qarışıqlar qəlibə eyni anda deyil, xüsusi bir sistemlə, bir-birinə tam qarışmadan, lakin kəsişərək tökülür.
3.Vibropresləmə: Yüksək təzyiq və vibrasiya altında bu rəng çalarları bir-birinin içinə "axır". Nəticədə hər bir daşın üzərində unikal, təkrarolunmaz rəng keçidləri yaranır.
Colormix-i adi rəngli daşlardan fərqləndirən əsas cəhətlər bunlardır:
1.Təbii Görünüş: Daşlar süni deyil, daha çox qranit, qumdaşı və ya travertin kimi təbii süxurları xatırladır.
2.Unikallıq: Eyni partiyadan çıxan iki daş heç vaxt tamamilə eyni olmur. Bu da döşəmə zamanı sahədə montonluğu aradan qaldırır.
3.Kir və Ləkə Gizlətmə: Tək rəngli (məsələn, tam boz və ya tam qırmızı) daşlarda ləkələr dərhal gözə dəydiyi halda, Colormix-in mürəkkəb rəng keçidləri toz və yüngül çirkləri vizual olaraq gizlədir.
4.Solmaya Davamlılıq: İstehsalda adətən yüksək keyfiyyətli dəmir-oksid piqmentlərindən istifadə edildiyi üçün rənglər günəş şüaları (UV) altında uzun müddət öz canlılığını qoruyur.




Hər kəsə yüksək keyfiyyətli, ekoloji təmiz, fərqli estetik görünüşlü və müxtəlif zövqlərə uyğun məhsullar təqdim etmək.
Alman texnologiyası ilə istehsal etdiyimiz məhsullarla istehlakçıların istək və arzularını reallaşdırmaq.
Məhsul və xidmətə yüksək keyfiyyət standartı
Müştəri məmnuniyyəti və məsuliyyətlilik...
Peşəkarlıq və daim inkişaf...
Təşəbbüskarlıq və kreativlik...
Az sement sərfiyyatı (220-340kg/m³)
Hazır məhsulun təbii şəraitdə qurudulması – buxar və s. isitmə üsulu ilə qurutmaya ehtiyac duyulmaması
İstehsal prosesində bir çeşiddən başqa məhsul çeşidinə keçidin tez və asan başa gəlməsi
Bütün istehsalat prosesinin vahid mərkəzdən idarə olunması və tam avtomatlaşdırılması
Istehsalat prosesinə HESS şirkətinin daimi internet müşahidəsi və nəzarəti
Yüksək avtomatlaşdırılma sisteminə görə minimal idarəetmə personalı
Əsil təbii daş kimi möhkəm olması
Maksimum təzyiqə dözümlü olması (600 kq/sm²)
Uzunömürlülük və daş səthinin aşınmaması (0,4qr/sm) və rənglərin solmaması (20 il)
Ekskluziv rəng seçimi (Colormix texnologiyası)
İqlim şəraitinə davamlılıq (qızmar istidə və sərt soyuqda daşlar yumşalmır və kanserogen maddələr ifraz etmir)
Kimyəvi dayanaqlılıq (benzin, maşın yağı və s. kimi kimyəvi maddələr daşlara təsir etmir)
Estetik gözəllik- müxtəlif rəng, forma və dizayn kombinasiyası
Xüsusi daşınma şərtlərinin tələb olunmaması və müasir tələblərə cavab verən qablaşdırma forması
Daşların təmir məqsədləri üçün zədələnmədən asan sökülməsi və təmir bitdikdən sonra onların təkrar döşənmə imkanları (belə bir imkan asfalt örtüyü üçün mümkün deyil)

VIBROSTONE istehsalı olan daşlarının döşənməsi üçün metal karkas, sement qarışığı və ya yapışdırıcı elementlərin istifadəsinə qətiyyən ehtiyac yoxdur.