İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib
10.05.2026

İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Zəngilan şəhərində sakinlər üçün inşa edilmiş 104 mənzilli yaşayış kompleksinin inzibati ərazisində  və yollarda yerə döşənilmiş daşlar Vibrostone zavodunun istehsal etdiyi vibropress döşəmə daşlardır.

Dövlətimizin quruculuq işlərində etibarlı tərəfdaş kimi çıxış etmək bizim üçün qürur mənbəyidir.

back top